Şirvanda abadlıq
Bakı Abadlıq Xidməti tərəfindən Şirvan şəhərində genişmiqyaslı abadlıq, bərpa və təmir işləri həyata keçirilir.
Kür çayının ətrafında bulvar ərazisi genişləndirilir və yeni istirahət məkanları yaradılır. Ərazidə park salınır, daş döşəmələr və səkilər yenilənir, sakinlərin istirahəti üçün idman və uşaq oyun meydançaları quraşdırılır.
Şəhərdə yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadlar təmir olunur və binalara estetik görünüş qazandıran taxta dekor elementləri əlavə edilir.
Məhəllələrdə "Abad həyət” layihəsi icra olunur. Həyətlər abadlaşdırılır, sakinlərin asudə vaxtlarının səmərəli keçməsi üçün söhbətgahlar quraşdırılır.

