Sabunçu–Zabrat yolunda abadlıq
Bakı Abadlıq Xidməti tərəfindən Sabunçu və Zabrat qəsəbələrini birləşdirən yolun kənarlarında təmir və abadlıq işləri aparılır.
Yolboyu yerləşən evlərin və ticarət obyektlərinin fasadları təmir olunur, rənglənir, yararsız pəncərələr yeniləri ilə əvəz edilir. Fasad təmiri zamanı ənənəvi Abşeron daşlarından istifadə edilir. Ərazidə eyni zamanda yeni səkilər salınır, daş örtüyü, bordür və asfalt işləri həyata keçirilir.
Məkanın iqlim xüsusiyyətlərinə uyğun yaşıllıq zonaları yaradılır, yolboyu yerləşən bəzi məhəllələrdə isə “Abad həyət” layihəsi icra olunur.

