Az

Lənkəranda abadlıq

21 avqust, 2026 23:08

Bakı Abadlıq Xidməti tərəfindən Lənkəran şəhərində abadlıq, bərpa və təmir işləri həyata keçirilir.

Şəhərin mərkəzində yerləşən yaşayış binalarının fasadları təmir olunur, eyvanlar xüsusi materiallarla üzlənir.

Lənkərandakı park və istirahət məkanlarında da abadlıq işləri aparılır. Xocalı soyqırımı, Həzi Aslanov, Nizami Gəncəvi, Əsgər Əliyev və digər parkların əraziləri yenilənir, yerə daş döşənir, işıqlandırma və sistemləri yenidən qurulur. Yaşıllaşdırma işləri görülür. Buarada sakinlərin rahat istirahəti üçün daha əlverişli şərait yaradılır.

Şəhərin giriş hissəsində və yolkənarı ərazilərdə yenidənqurma işləri görülür. Burada yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadlar təmir olunur və rənglənir, səkilər yenidən,  salınır.

Həmçinin şəhərin əsas girişində Lənkəranın adını əks etdirən yeni yazının quraşdırılması və ərazinin yaşllaşdırılması nəzərdə tutulur.

Ərazidə eyni zamanda nəqliyyət vasitələri üçün dayanacaqlar olacaq.

Görülən bütün işlər Lənkəran sakinləri və qonaqlar üçün daha rahat mühitin yaradılmasına xidmət edir.

VİDEO

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR