Bakı Abadlıq Xidməti şəhərsalma forumunda
Bakı Abadlıq Xidməti WUF13 Dünya Şəhərsalma Forumunda uğurla iştirak edir. Əsas məqsədimiz abadlıq, bərpa, ekoloii və şəhərsalma sahəsində yaradıcı yanaşmalarımızı təqdim etməkdir. Eyni zamanda azad olunmuş ərazilərdə dəstəklədiyimiz istehsal sahələrini nümayiş etdirərək, onların fəaliyyətini və məhsullarını tanıdırıq.
Stendimizdəki "Gilabi Ceramics", "Latifa" Tikiş Evi, "Pirshaghı" Ayaqqabı Fabriki, "Sariban" və "Can Laçın" məhsulları sərgi iştirakçılarının böyük marağına səbəb olur. Mayın 22-dək davam edəcək sərgidə sizi də gözləyirik.









